“Kəpəz” Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzub.
Bizim.Media xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, uğursuz seriyaya son qoymaq istəyiblər:
“Qarabağ”la qarşılaşmamıza baxmayaraq, məqsədimiz seriyanı qırmaq idi. Futbolçular yaxşı mübarizə apardılar, onlara təşəkkür edirəm. Səhvləri minimuma endirməliyik. “Qarabağ”a isə Çempionlar Liqasında uğurlar arzulayıram”, – deyə Bağırov bildirib.
Baş məşqçi həmçinin qeyd edib ki, komandanın çətin vəziyyətdə olmasına baxmayaraq, çıxış yoluna inanır:
“Hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşansın. Bu gün əvvəlki oyunlara nisbətən daha çox emosiya və istək gördüm. Bu artdıqca məqsədimizə çatacağıq.”
O əlavə edib ki, futbolçularla fərdi söhbətlər apararaq psixoloji baxımdan motivasiya veriblər:
“Məğlubiyyətlər oyunçuların ruhdan düşməsinə səbəb olmuşdu. Onlarla danışdıq, motivasiya verdik və bu gün oyunlarda müəyyən irəliləyiş görmək mümkün oldu.”
Bağırov milli fasiləyə də toxunaraq bildirib ki, bu müddətdə yoxlama oyunu keçirmək planları var:
“Komandanın bütün matçlarını analiz etmişik. Fiziki hazırlıq və taktiki baxımdan çox işimiz var. Yoxlama görüşü ilə bağlı qərarı yaxın günlərdə verəcəyik.”
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta