Görüşlər çətin keçdi”. 

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan güləşçisi Rəvan Həsənzadə deyib.

III MDB oyunları çərçivəsində keçirilən güləş yarışlarının ikinci günündə qızıl medal qazanan idmançı qələbə təəssüratlarını bölüşüb:"Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, nəticə yaxşı oldu. Qələbə qazanacağıma əmin idim. Bizə dəstək olan hər kəsə minnətdaram. Qələbələrimin sayının çox olmasını istəyirəm. Məqsədim növbəti yarışlarda da uğurlu çıxış etməkdir. Qələbəni isə qardaşıma həsr edirəm”.

Qeyd edək ki, Həsənzadə 48 kq çəki üzrə yarışda qızıl medala yiyələnib.