Tbilisidə müxalifətin keçirdiyi mitinq zamanı yaranmış qarşıdurma nəticəsində 14 polis əməkdaşı yaralanıb.
APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları müxtəlif travmalar alıblar, onlardan biri ağır vəziyyətdədir.
Nazir müavini aksiya iştirakçılarını polisin qanuni tələblərinə əməl etməyə və vəziyyətin gərginləşdirilməsinə yol verməməyə çağırıb.