İsrail ordusunun Sumud Donanmasına hücumu zamanı saxlanılan Türkiyə vətəndaşları xüsusi təyyarə ilə Türkiyəyə gətirilib.
News365.az xəbər verir ki, İsrailin Eylat şəhərindəki Ramon hava limanından qalxan Türk Hava Yollarına məxsus təyyarə donanmada olan fəalları Türkiyəyə gətirib.
Donanmada olan 36 türk və 23 malayziyalı olmaqla ümumilikdə 137 nəfər bu reyslə İstanbula gəlib.