Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Tbilisidə Gürcüstan Prezidentinin iqamətgahı qarşısında etirazçıların aksiyaları nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.
Onun sözlərinə görə, xəsarət alan əməkdaşlardan birinin vəziyyəti ağırdır.
Nazir müavini bir neçə etirazçının həbs olunduğunu təsdiqləyib.
Gürcüstan prezidentinin sözlərinə görə İSƏ, onun iqamətgahından kənarda baş verənlərlə bağlı araşdırmalara başlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.