ain.az bildirir, GlobalInfo portalına istinadən.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə baş verən iğtişaşlarda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskini günahlandırıb.
Globalinfo.az-ın məlumatına görə, hökumət başçısı bəyan edib:
“Bilirsiniz ki, bəzi əcnəbilər hətta konstitusiya quruluşunu devirmək cəhdini birbaşa dəstəkləyiblər, o cümlədən Aİ nümayəndəsi”.
Kobaxidze əlavə edib ki, Aİ iğtişaşlara görə xüsusi məsuliyyət daşıyır.
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.