Gürcüstan paytaxtında müxalifətin etiraz aksiyaları davam edir. Paytaxt Tiflisdə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ara-sıra toqquşmalar baş verir.
Atoneli küçəsində, Prezidentinin sarayının yaxınlığında toplaşan bir qrup etirazçı isə sarayın ərazisinə girib və binaya daxil olmağa cəhd edib.
Məlumata görə, etirazçılar Prezident Sarayının yaxınlığında müxtəlif əşyalara od vurublar. Daxili İşlər Nazirliyi isəto plaşanları xəbərdar edib ki, dağılsınlar, əks halda onlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq olunacaq.
Vaxtaşırı olaraq, hüquq-mühafizə orqanları etirazçılara qarşı xüsusi vasitələrdən – su şırnağından, gözyaşardıcı qazdan və bibər spreydən istifadə edirlər.
Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, aksiya iştirakçılarının qanunsuz hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində ictimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub.
TAHİR