AZ

Kobaxidze: Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır

“Avropa İttifaqının Gürcüstandakı səfiri Tbilisidə baş verənlərə görə xüsusi məsuliyyət daşıyır”. 

News365.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Gürcüstanda hakimiyyətin devrilməsinə cəhdlərə dəstək bəyanatları eşidilib.

“Bu fonda diplomat çıxıb şəhərin küçələrində baş verənləri qəti şəkildə pisləməlidir. Bu, onun birbaşa məsuliyyətidir”, - İ.Kobaxidze əlavə edib. 

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyasının mətbuat katibi Anita Hipper gürcü xalqının dinc etiraz etmək hüququ olduğunu və Gürcüstan hakimiyyəti onun səsini mütləq eşitməli olduğunu deyib. Bu bəyanatdan sonra Gürcüstan hakimiyyəti bildirib ki, ölkədə təşkil olunacaq mitinqdə baş verə biləcək zorakılığa görə Avropa Komissiyası məsuliyyəti bölüşməli olacaq.

Seçilən
15
3
news365.az

4Mənbələr