Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Marneuli şəhəri meri vəzifəsinə namizədi Daur İsmayılov qalib gəlib.
NOCOMMENT.az xəbəri verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.
O, yerli seçkilərdə 94 faiz səs toplayıb.
Marneulidə 81 seçki məntəqəsidən 41-nin nəticələrinə əsasən, müxalif Lelo – Güclü Gürcüstan Partiyasının namizədi Əsəd Əliyev 4,7 faiz, Bizim Vahid Gürcüstan Partiyasının namizədi Əli Bədirov isə 1,4 faiz səs toplayıb.