Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt Tbilisidə mitinqdə baş verən hadisələr nəticəsində 14 polis əməkdaşı xəsarət alıb.
Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, aksiya iştirakçılarının qanunsuz hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində ictimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub.