AZ

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından beş il ötür

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket və artilleriya atəşinə tutmasından beş il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və Mərkəzi Xəstəxananın yaxınlığına düşən raket mərmiləri nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Hadisə zamanı şəhərin mülki infrastrukturu da ciddi zərər görüb.

Xatırladaq ki, Vətən müharibəsi dövründə - 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə ümumilikdə beş dəfə düşmən atəşinə məruz qalıb. Həmin hücumlar nəticəsində 28 mülki şəxs həlak olub, 108 nəfər isə yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
9
oxu.az

7Mənbələr