XANKƏNDİ, 5 oktyabr. TELEQRAF
Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.
Teleqraf xəbər verir ki, ölkəmizin aktivində hazırda 23 qızıl, 44 gümüş və 67 bürünc medal var.
Siyahıya Rusiya (89 qızıl, 40 gümüş, 28 bürünc medal) başçılıq edir. Üçüncü sırada isə Belarus (20 qızıl, 23 gümüş, 38 bürünc) qərarlaşıb.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.