AZ

Rumıniyada Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət sayılacaq

Bakı. Trend:

Rumıniya hökumətinin təsdiqlədiyi qanun layihəsinə əsasən,Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət məsuliyyətidaşıyacaq və bu pozuntular üçün 12 ilə qədər həbs cəzası nəzərdətutulur.

Trend xəbər verir ki, Xariciİşlər Nazirliyi və Ədliyyə Nazirliyinin hazırladığı layihə Aİsəviyyəsində qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərin Rumıniyaqanunvericiliyinə daxil edilməsini təmin edir. Qeyd olunur ki,məqsəd sanksiyaları pozmaq cəhdlərinin qarşısını almaqdır.

Önəmli məqam bundan ibarətdir ki, sanksiyaların pozulmasıəvvəllər inzibati hüquqpozmalar kimi qiymətləndirilirdisə, indi bu,cinayət xarakteri daşıyacaq. Sadə halda 1–5 il, ağır şəraitdə isə12 ilədək həbs cəzası tətbiq edilə bilər.

Layihədə “aktiv ekstraterritorial hüquq” prinsipi də yer alıb —Rumıniya vətəndaşları və şirkətləri sanksiyaları pozduqları halda,- bu, istər ölkə daxilində, istərsə də xaricdə baş vermiş olsun, -cinayət məsuliyyətinə cəlb ediləcək.

Bu addım vasitəsilə Rumıniya üçüncü ölkələrinqanunvericiliyindən istifadə olunaraq sanksiyaların əhatəsindənçıxmağa imkan yaradan yanaşmaların qarşısını almaqniyyətindədir.

Seçilən
7
3
az.trend.az

4Mənbələr