AZ

"Qalatasaray" - "Beşiktaş" oyunu sülhlə bitdi

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.

Publika.az xəbər verir ki, VIII tura təsadüf edən prinsipial matçda "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qalatasaray" məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.

Seçilən
10
8
publika.az

9Mənbələr