AZ

Psixoloqdan ən"zəhərli həmkar"larla bağlı XƏBƏRDARLIQ

İş yoldaşları iş mühitini toksik edə bilərlər. Kollektivdə dostluq qidalandırıcı bir resurs ola bilər, lakin destruktiv insanlarla yanaşı olduqda bu, əsl işgəncəyə çevrilir.

Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya müsahibəsində psixoloq Marina Rodnova ən toksik iş yoldaşı kateqoriyaları haqqında danışıb.

Onun sözlərinə görə, ən toksik həmkarlar — qeybətcil insanlardır, başqalarının həyatını müzakirə edir və istənilən məlumatı asanlıqla yayırlar.

“Onlardan sonra ‘əbədi qurbanlar’ gəlir. Bunlar daim şikayət edən, enerjini və gücü tükədən, lakin heç bir dəyişiklik etməyən insanlardır. Onlar uğursuzluqlarından gileylənirlər, amma dəyişiklik üçün heç bir addım atmırlar,” — deyə Rodnova izah edib.

İkiüzlü insanlar da toksikliyə töhfə verir, çünki üzə gülürlər, amma arxadan zərbə vurmağa hazırdırlar.

“Xüsusilə karyeristlərlə ehtiyatlı olmaq lazımdır. Onlar başqalarının ideyalarından öz irəliləyişləri üçün istifadə edə bilərlər. Aqressiv rəqiblər isə həmkarlarının səhvlərinə sevinir və onların işinə bilərəkdən mane olurlar,” — deyə psixoloq əlavə edib.

Ekspertin fikrincə, tapşırıqları başqalarına ötürən və nəticələri öz adına çıxan ‘hazır yeyənlər’ də ciddi problem yaradır. Həmçinin konfliktli şəxslər də iş mühitində arzuolunmazdır — onlar mübahisə üçün səbəb axtarır və ətrafdakıları sonsuz qarşıdurmalara cəlb edirlər.

Seçilən
125
50
publika.az

10Mənbələr