AZ

Müəllim bir işıqdır…


Müəllim insan ömrünə nur qatan, qaranlıqları işıqla dolduran insandır.

O, hər bir şagirdin ürəyində ümid çırağı yandırır, elmin, vicdanın və vətən sevgisinin yolunu göstərir. Müəllim bir günəş kimidir özü yanır, amma başqalarına istilik və işıq verir.

Müəllimlik sadəcə bir peşə deyil, bir ömürlük fədakarlıqdır.

Bu, vicdanın, sədaqətin və mənəvi zənginliyin ən ülvi təcəssümüdür.

O, səs-küylü dünyanın içində sükutla iş görür, amma onun yetişdirdikləri sabah tarix yazır, millət yaradır.

Səssiz qəhrəmanlar kimi o, hər gün öz nurundan bir parça paylayır, amma bu nur heç vaxt azalmır, çünki işığın böyüməsi onunla başlayır.

Bəzən o, yorulur, bəzən gözlərində yuxusuz gecələrin izi olur, amma yenə də sabahın sevincinə, gənclərin gələcəyinə inamla yaşayır.

Çünki hər öyrətdiyi uşaq, hər yetişdirdiyi gənc, müəllimin ömrünün davamı, ruhunun izidir.

O, öz həyatını başqalarının gələcəyinə sərf edən insandır və bu, ən böyük qəhrəmanlıqdır.

Müəllim-millətin damarında axan nurdur, xalqın sabahına körpü salan ümiddir.

Hər bir cəmiyyətin dirəyi, hər dövlətin sütunu, hər vicdanlı vətəndaşın arxasındakı görünməz qəhrəmandır.

O, millətin mənəvi xəritəsini çəkən, gələcəyin memarıdır.

Onların öyrətdiyi hər söz, toxunduğu hər ürək bu torpağın nurudur.

Öz vicdanı və şərəfi ilə millətinə xidmət edən, layiqli vətəndaşlar yetişdirən hər bir müəllim, xalqın yaddaşında və övladların dualarında yaşayır.

Müəllimlər Gününüz mübarək olsun!

Siz var olduqca, millətin yolu işıqlı, sabahı ümidli olacaq.

Bu gün mən bütün müəllimlər qarşısında baş əyirəm.

Samir Əsədli


Seçilən
6
1
nuh.az

2Mənbələr