AZ

Qalmaqal: Erməni futbolçunun çənəsinə yumruq vurdu

“Krasnodar”ın kapitanı Eduard Spertsyanın çənəsinə yumruq vurduğu üçün qırmızı vərəqə alan “Axmat”ın müdafiəçisi Osman Ndonq toqquşmadan əvvəl yarımmüdafiəçinin ona dediklərini açıqlayıb.

Publika.az xəbər verir ki, komandalar Krasnodardakı “Ozon Arena” stadionunda çıxış ediblər. Meydan sahibləri 2:0 hesablı qələbəni bayram edib.

-Sırf oyun epizodu idi. Qayda pozuntusu yox idi. Mən ona kömək etmək üçün getdim və ayağa qalxmasını istədim, çünki orada heç nə yox idi. O, yanıma gəldi, məni itələdi və “Sus, ey qara əclaf” dedi (Əslində erməni futbolçu dərc olunması mümkünsüz olan əxlqasız ifadə işlədib).

-Spertsyan bunu ingiliscə dedi?

-Xeyr, portuqal dilində. Mən özümü saxlaya bilmədim, çünki təhqir olundum.

Seçilən
47
4
publika.az

5Mənbələr