AZ

"Turan Tovuz" əvvəl test edəcək, sonra da...

"Turan Tovuz" Premyer Liqanın X turunda "Şamaxı"nı, böyük ehtimalla, Tovuz şəhər stadionunda qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, arenanın ot örtüyünün oktyabrın sonunadək tam hazır olacağı gözlənilir.

Hazırda işlər plan üzrə gedir və axsama yoxdur. Yekun ot biçimi və daha sonra test prosesi olmalıdır.

Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyi üçün "Turan Tovuz" 2025/2026 mövsümünün əvvəlindən rəqiblərini Bakıdakı "Azərsun Arena"da qəbul edir.

Premyer Liqada X turun matçları 31 oktyabr - 2 noyabrda baş tutacaq.

Seçilən
4
sportinfo.az

1Mənbələr