AZ

MDB Oyunları: Azərbaycan cüdoçuları qarışıq komanda yarışında finala yüksəliblər

Göygöl, 5 oktyabr, AZƏRTAC

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan düyüşlərdə yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.

Millimizin finaldakı rəqibi Özbəkistan komandası olacaq. Özbəklər yarımfinalda Rusiya cüdoçularını 7:5 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
12
7
azertag.az

8Mənbələr