Azərbaycanın 15 yaşadək qızlardan ibarət milli komandası III MDB Oyunlarında yarımfinal mərhələsində meydana çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız Belarus seçməsinə 1:3 hesabı ilə məğlub olaraq final şansını itirib.
Azərbaycan komandası turnirin bürünc medalı uğrunda Rusiya – Özbəkistan görüşünün qalibi ilə qarşılaşacaq.