AZ

Türkiyə yazıçısı Yusuf Yıldız: Kitabımın Azərbaycanda nəşr olunmasından məmnunam

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycanlı nəşriyyatçılarla tanış olmaq və öz kitabımı tanıtmaq üçün buradayam. Həm yazıçı, həm də nəşriyyatçı kimi burada yer alan kitablarımı Türkiyədə də nəşr etdirmişəm.

Bunu AZƏRTAC-a açıqlamasında XI Bakı Beynəlxalq Kitab Sərgisinə Türkiyədən dəvət olunmuş yazıçı Yusuf Yıldız deyib.

Gələcək layihələri barədə də məlumat verən yazıçı əlavə edib: “XI Bakı Beynəlxalq Kitab Sərgisi mənim üçün gözəl yerdir və çox dəyərlidir. Məqsədim hər il Azərbaycan ilə Türkiyə arasında kitab nəşri və mədəni əməkdaşlığı daha da genişləndirməkdir. Kitabımın məhz Azərbaycanda işıq üzü görməsinə üçün çox şadam”.

Seçilən
11
1
azertag.az

2Mənbələr