Ermənistan Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı növbəti dəfə yerli medianın gündəminə gəlib.
NOCOMMENT.az Publika.az-a istinadla xəbər verir ki, Paşinyan özünün Feysbuk səhifəsində villasında kabab çəkməsi ilə bağlı görüntüləri paylaşıb.
“Anna Çindən gəlib və o kabab istədi”, – Paşinyan paylaşdığı görüntülərdə qeyd edib.
Paşinyanın kabab qonaqlığı verməsi sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb.
Ermənistanın “Mamul” nəşri yazıb ki, görüntülər Paşinyanın Göyçə gölündəki bağ evində qeydə alınıb.