Gürcüstan, Almaniya, Albaniya, Xorvatiya və İran səlahiyyətliləri İnterpolun qırmızı bülleteni ilə axtarışda olan ümumilikdə altı nəfəri, həmçinin yerli axtarışda olan iki Türkiyə vətəndaşını Türkiyəyə ekstradisiya edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü sosial şəbəkədəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, cinayətkarların əksəriyyəti Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Ankaraya təhvil verilib.
Türkiyəyə gətirilən şəxslər fiziki zərərvurma, banditizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, maliyyə cinayətləri və digər cinayətlərdə ittiham olunaraq axtarışa verilib.
A.Yerlikaya axtarışda olan şəxslərin təhvil verilməsinin təşkilində iştirakına görə Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.