AZ

NATO dan Rusiyaya XƏBƏRDARLIQ: F 35 lər Polşada hazır vəziyyətdə

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Norveç NATO missiyasının bir hissəsi olaraq Polşanın hava məkanını qorumaq üçün "F-35" döyüş təyyarələrini yerləşdirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə "Polskie Radio24" məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələr oktyabrın əvvəlində Poznan yaxınlığına gətiriləcək və pilotlara sərhəd pozulduğu halda Rusiyanın pilotsuz təyyarələrini və ya digər hava obyektlərini tutmaq, lazım gəlsə məhv etmək əmri verilib.

Norveç müdafiə nazirinin müavini Andreas Flaam Polşa mətbuatına bildirib:

"NATO Rusiyaya xəbərdarlıq edib ki, vəziyyəti gərginləşdirməsin. Missiyamız əsasən Alyans ölkələrinin hava məkanının qorunmasına yönəlib və Polşanın hava məkanını pozan obyektləri tutmağa hazırıq". /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
4
icma.az

5Mənbələr