AZ

Minə yaxın alpinist ÖLÜMLƏ ÜZ-ÜZƏ - VİDEO

Tibetin şərq yamacında güclü qar fırtınası səbəbindən təxminən minə yaxın alpinist Everestdən enə bilmir.

Musavat.com Çinin “Sanxiang Dushibao” qəzetinə istinadən bildirir ki, xilasetmə əməliyyatları intensiv qar yağışı səbəbindən çətinləşib.

“Məlumatlara görə, bütün marşrut boyunca minə qədər insan tələyə düşmüş ola bilər. Bəziləri müstəqil şəkildə enə bilsə də, əksəriyyətinə kömək lazımdır”, – nəşr qeyd edir.

Fırtına 4 oktyabr axşamı başlayıb və görünürlük bir metrdən də az olub. Marşrutun əsas hissələri sıx qarla örtülüb. Everestin baza düşərgəsindəki turistlər çadırlara sığınmalı olublar, lakin bəzi sahələrdə qar tamamilə sığınacaqları basıb.

Everest Landşaft Parkına giriş və bilet satışları şənbə axşamından dayandırılıb. "Reuters" agentliyinin məlumatına görə, parka aparan yollar qar səbəbindən bağlanıb.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr