AZ

De Blekere yenə açıqlama verəcəkmi?

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli premyer liqasının 7-ci turunun “Zirə” - “Neftçi” matçının sonundakı hakim qərarı, daha dəqiqi, “ağ-qaralar”ın qapısına penalti təyin olunması birmənalı qarşılanmadı, etiraz doğurdu. VAR monitoruna ötürülən görüntü isə ehtirasları bir qədər də qızışdırdı. Hakim Kamal Umudlu faktiki şəkil əsasında “nöqtə”ni göstərdi.Biz əvvəlcə həmin epizodla bağlı görüntünün keyfiyyətsizliyinin səbəbini “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovdan soruşduq. O, telekanllıq bir şey olmadığını, VAR-ın ötürdüyü siqnalda problem olduğunu bildirdi.Bəs AFFA bu qərarla bağlı nə düşünür? Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundov “Football-plus.az”a açıqlamasında tur bitəndən sonra həftəiçi Hakimlər Komitəsinin sədri Frank De Blekerenin şübhəli epizodlarla bağlı açıqlaması olacağını bildirdi.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr