AZ

Qazaxıstan və Azərbaycan “atom dostluğu”na başlayır

Astanada Qazaxıstan Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyev ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, tərəflər “sülh məqsədli atom əməkdaşlığı” çərçivəsində bir sıra məsələləri müzakirə ediblər. Əsas mövzular arasında radiasiya təhlükəsizliyi, ekoloji monitorinq, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi xüsusi yer tutub.

Görüşdə həmçinin aşağıdakı istiqamətlərdə əməkdaşlıq razılaşdırılıb:

atom sənayesinə nəzarət və tənzimləmə;

nüvə materiallarının təhlükəsiz saxlanması və dövriyyəsi;

kadr hazırlığı və təlim proqramları;

müasir texnologiyaların tətbiqi;

energetika sektorunda diversifikasiya perspektivləri.

Rəsmi məlumatda bildirilib ki, bu əməkdaşlıq iki ölkənin enerji təhlükəsizliyi və strateji tərəfdaşlığını gücləndirəcək.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr