AZ

Zelenski: “Putin sadəcə Qərbə gülür”

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya qış mövsümünə az qalmış Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır, lakin beynəlxalq reaksiyalar hələ də zəif qalır.Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.“Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirir və artıq öz məqsədlərini gizlətməyə belə çalışmır. Hədəflərin mütləq əksəriyyəti mülki obyektlərdir — adi infrastruktur, energetika, mülki müəssisələr, anbarlar, xüsusilə də mülki məhsulların saxlandığı anbarlar. Eyni zamanda, logistika zərbə altındadır — dəmir yolu daşımaları, yəni iqtisadiyyatın normal fəaliyyətini təmin edən sistemlər. Onlarla yaşayış binası da zədələnib,” – deyə Zelenski qeyd edib.Prezidentin sözlərinə görə, baş verənlərə və zərbələrin miqyasının getdikcə artmasına baxmayaraq, dünya tərəfindən “layiqli və güclü reaksiya” hələ də yoxdur.“Putin məhz buna görə belə davranır: o, sadəcə Qərbə, onun sükutuna və adekvat cavabın olmamasına gülür. Rusiya müharibəni dayandırmaq və ya heç olmasa hücumları azaltmaqla bağlı bütün təklifləri rədd edib. O, açıq şəkildə bizim mülki infrastrukturumuzu — xüsusilə qış öncəsi qaz sistemimizi, enerji istehsalını və elektrik ötürülməsini — məhv etməyə çalışır.Dünyadan real reaksiya isə sıfırdır. Biz mübarizəmizi davam etdirəcəyik ki, dünya sükut içində qalmasın və Rusiya öz hərəkətlərinə görə cavab hiss etsin,” – deyə Zelenski vurğulayıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
10
bizim.media

10Mənbələr