AZ

Sirkdə FACİƏ: Tamaşaçıların gözü qarşısında CAN VERDİ

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gimnast Marina Barselo Almaniyanın Bautzen şəhərində yüzlərlə tamaşaçı qarşısında çıxışı zamanı dünyasını dəyişib.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniyanın "Daily Mail" qəzeti yayıb.Məlumatda bildirilir ki, 27 yaşlı gimnast təxminən 5 metr hündürlükdən yıxılıb. Xilasedicilərin bütün səylərinə baxmayaraq, Barselo hadisə yerində dünyasını dəyişib.Azyaşlı uşaqlar da daxil olmaqla 100-ə yaxın insan faciənin şahidi olub. Sirk rəhbərliyi xəsarət alan tamaşaçılara psixoloji məsləhətlərin veriləcəyini vəd edib.Bautzen şəhərinin meri Karsten Foqt bələdiyyə adından başsağlığı verib. Hadisədən sonra sirk rəhbərliyi bütün qastrolları dayandırıb. Almaniya hüquq-mühafizə orqanları faciənin səbəblərini araşdırır. İlkin ehtimallara görə, Barselonun müəyyən sağlamlıq problemləri olub.Marina Barselo Aralıq dənizində yerləşən Mayorka adasında anadan olub. 2018-ci ildən sirk truppası ilə Polşa, İspaniya və Almaniyada qastrollarda iştirak edib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
bizim.media

10Mənbələr