Bakı. Trend:
Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbolyarışlarına start verilib.
Trend xəbər verirki, oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları(U-17) yarımfinala vəsiqə qazanıblar.
“A” qrupunda çıxış edən oğlan komandamız (Hüseyn Qaflanov,Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı21:13, Qırğızıstanı 18:6 hesabı ilə məğlub edib, lakin Rusiyaya8:21 uduzub. Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinalayüksəlib. Yarımfinalda Azərbaycan komandası “B” qrupunun lideriBelarusla qarşılaşacaq. Digər yarımfinalda isə Rusiya Özbəkistanlaüz-üzə gələcək.
Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl,Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana13:16 hesabı ilə məğlubiyyətlə başlasa da, ardıcıl qələbələrqazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı 20:5,Rusiyanı 19:18, Belarusu isə 18:17 hesabı ilə məğlub edib.
Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnirdairəvi sistemlə keçirilmiş və ilk dörd yeri tutan komandalaryarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerləadlayıb. Yarımfinalda rəqibimiz Özbəkistan komandası olacaq. Digəryarımfinalda isə Rusiya Belarusla qarşılaşacaq.
Qeyd edək ki, yarımfinallar, üçüncü yer uğrunda oyunlar və finalgörüşləri sabah saat 16:00-dan etibarən keçiriləcək.