AZ

Bu tarixlərdə iş olmayacaq

 

2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

 

Həmin gün həftənin çərşənbə axşamına təsadüf edir.

 

2026-cı ilin 1-2 Yanvar tarixləri isə Azərbaycanda Yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər də cümə axşamı və cümə gününə təsadüf edir.

 

Bununla da, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün - 31 dekabr, 1,2 yanvar və 3-4 yanvar (şənbə-bazar) istirahət günləri olacağı gözlənilir.

Tarix: 5 Oktyabr 2025, 22:10   
Seçilən
6
8
pravda.az

10Mənbələr