Dağıstanın keçmiş səhiyyə naziri Tatyana Belyayeva saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, Belyaeva Stavropol diyarında saxlanılıb.
O, dələduzluqda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) şübhəli bilinir.
Mahaçqalanın Kirovski Rayon Məhkəməsi Belyayevanın barəsində dekabrın 3-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçib.