AZ

Ukrayna “Flamingo” raketləri ilə Rusiyanı hədəfə alır

Ukrayna FP-5 “Flamingo” tipli uzunmənzilli kri­latı raketlərdən Rusiya energetika obyektlərinə zərbələr endirmək üçün istifadə etməyə başlayıb.

Musavat.com xəbər verir ki, The Economist nəşrinin məlumatına görə, raketin texniki xüsusiyyətlərinə görə, uçuş hündürlüyü təxminən 50 metr, uçuş məsafəsi 3 000 km-dən çox, partlayıcı yükünün ağırlığı isə 1 150 kg-dır. Bu onu adi dronlardan xeyli güclü və daha təhlükəli edir.

FP-5/“Flamingo” raketləri sovet dövründən qalmış turboventilyator mühərrikləri və yüngül karbon/kompozit füzelyaj ilə hazırlanır, istehsal müddəti qısadır və qiyməti təxminən 500 min dollar təşkil edir. Bu, ABŞ Tomahawk raketlərindən həm ucuz, həm də daha uzunmənzillidir.

Ekspertlər vurğulayırlar ki, bu tip raketlərin istifadəsi Rusiya arxa planındakı enerji və logistika infrastrukturu üçün ciddi təhlükə yarada bilər. Lakin bəzi müstəqil mənbələr raketin real döyüş effektivliyi və seriyalı istehsalı barədə sualların olduğunu qeyd edir.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr