Dağıstanın keçmiş səhiyyə naziri Tatyana Belyayeva dələduzluqda ittiham olunaraq həbs edilib.
News24.az xəbər verir ki, bu barədə regionun Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Mahaçqalanın Kirovski Rayon Məhkəməsi müstəntiqin Belyayeva barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxıb.
Belyayeva "mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda və ya vətəndaşın yaşayış sahəsinə hüququndan məhrum edilməsi ilə nəticələnən dələduzluq" maddəsi üzrə cinayət törətməkdə şübhəli bilinir .
Məhkəmə şübhəlinin barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.