Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.
Tədbirin sonunda imza günü təşkil olunacaq.