Gürcüstanın paytaxtı Tiflisdə müxalifətin tərəfdarları yenidən Rustaveli prospektini parlament binası yaxınlığında bağlayıblar.
Manset.az xəbər verir ki, əraziyə xüsusi təyinatlı qüvvələr cəlb edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, dünənki hadisələr və prezident sarayına hücum cəhdi fonunda, bu gün və yaxın günlərdə keçiriləcək hər hansı aksiyalar gecə baş verən iğtişaşların davamı kimi qiymətləndiriləcək və müvafiq tədbirlər görüləcək.