AZ

Merts və Tramp telefonla danışdı: Nələr müzakirə edildi?

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla telefonla danışıb, o, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius məlumat verib.

Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər:

"Almaniya kansleri Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təşəbbüsünü elan edib".

Almaniya Nazirlər Kabinetinin sözçüsü əlavə edib ki, liderlər Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
7
4
olke.az

5Mənbələr