Moldova Prezidenti Maya Sandu Rusiyanı Ukrayna ərazisində hərbi cinayətlər törətməkdə ittiham edib.
Paralel.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu – hərbi cinayətdir. Ukrayna həyatların xilası və azadlığını qorumaq üçün daha çox və təcili dəstəyə ehtiyac duyur”, – Sandu qeyd edib.