ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
İsrail Baş naziri Binyamin Netanyahunun ofisi təsdiqləyib ki, Qəzza üzrə danışıqlar 6 oktyabrda Şarm əl-Şeyxdə keçiriləcək.
Metbuat.az xəbər verir ki, danışıqlar qrupuna İsrailin strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
Məlumata görə, Misirin dövlətə yaxın media qurumları xəbər verib ki, HAMAS və İsrail rəsmiləri bazar və bazar ertəsi günləri birbaşa olmayan danışıqlar aparacaqlar.
“Ağ Ev”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şənbə günü iki xüsusi elçini, Cerəd Kuşner və Yaxın Şərq üzrə əsas nümayəndə Stiv Vitkofu Misirə göndərib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.