AZ

Şirvanda bacı və qardaş bıçaqlanıb

Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb.

Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
12
olke.az

10Mənbələr