AZ

Serbiya Prezidenti seçkilərinin eyni vaxtda keçirilməsini təklif edib

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonundasəlahiyyət müddətinin vaxtından əvvəl başa çatması və prezident iləparlament seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünütəklif edib.

Trend xəbər verirki, bu barədə Vuçiç “Pink” televiziya kanalına açıqlama verib.

“Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqinki, daha qısa olacaq”, – Prezident bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlamentseçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir: “Çox gümanki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtdakeçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl başverəcəyini gözləyirəm”.

Vuçiç konstitusiyaya düzəliş etmədən yeni namizədliyini irəlisürməyəcəyini də açıqlayıb: “Biz Konstitusiyaya dəyişiklik etməkistəmirik və mən yenidən prezidentliyə namizədliyimi irəli sürməkfikrində deyiləm”.

Qeyd edək ki, Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidentiseçilib, 2022-ci ildə isə ikinci müddətə prezident olub. Onunsəlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.

Seçilən
8
az.trend.az

1Mənbələr