Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen" üzərindəki zəfərindən (2:0) danışıb.
Sportinfo.az xəbər verir ki, o, “Kontraspor” verilişində Ağdam təmsilçisini təbrik edib:
"Qarabağ"ı təbrik edirik. 2 matçda, 2 qələbə, 6 xal. Yolun yarısına qədər gəldilər. Səfərdə 0:2-dən geridönüş edərək 3:2 hesablı qələbə qazandılar, evdə isə "Kopenhagen"i üstələdilər.
Sərt, şimal klubunu məğlub etdilər. Qurban olum, Qurban Qurbanov hocaya (gülür). O da bizim "Qalatasaray"ımızı təbrik edib.
Bizi Azərbaycandan çox izləyən var. Hər kəsi təbrik edirik. Qürur duymamaq mümkün deyil" (qol.az).
Verilişin həmin hissəsini təqdim edirik.