AZ

Stoltenberq: Tramp bu ölkəni NATO-da ona görə saxladı ki...

ABŞ Prezidenti Donald Tramp Rusiya sualtı qayıqlarını izləmək zərurətinə görə İslandiyanı alyansda saxlamağa razılaşıb.

Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Mənim Nəzarətimdə: Müharibə dövründə NATO-nun rəhbərliyi ” adlı avtobioqrafiyasında yazıb.

Stoltenberq xatırladıb ki, Tramp iştirakçı ölkələrin müdafiəyə maliyyə töhfələrinin və ümumi təhlükəsizliyə balanslı yanaşmanın vacibliyini vurğulayır:

"Respublikaçının ən böyük narahatlığı üzv dövlətlərin yalnız kiçik bir hissəsinin ÜDM-nin 2%-dən çoxunu müdafiəyə xərcləməsi idi.

İslandiya ilə bağlı müzakirə kontekstində məlum oldu ki, öz silahlı qüvvələrinin olmaması səbəbindən ölkə maliyyə investisiyaları üçün müəyyən edilmiş tələbləri ödəyə bilməyəcək.

"Bəs onda biz İslandiyadan nə istəyirik?" - deyə ABŞ prezidenti soruşdu.

2017-2019-cu illərdə ABŞ-ın müdafiə naziri Cim Mettis Trampa NATO bazalarının alyansın sualtı qayıqları, gəmiləri və təyyarələri üçün strateji əhəmiyyətini izah edib. Mettis bildirdi ki, Tramp Rusiya sualtı qayıqlarını izləməkdə maraqlı olarsa, onlar faydalı olacaq. Bir qədər fikirləşəndən sonra Tramp bildirdi ki, bu halda İslandiya NATO-da qala bilər".

Seçilən
12
1
axar.az

2Mənbələr