AZ

“Supertoys”un dövlətə olan borcu artıb

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində icarəyə götürdüyü anbar yanaraq kül olan “Supertoys” MMC-nin dövlətə olan borcu artmaqda davam edir.

 

Pravda.az-ın xəbərinə görə, şirkətin avqustdan indiyədək borcu 9 554 AZN artaraq 2 267 778 manat olub.

 

Qeyd: Nizamnamə kapitalı 10 AZN, qeydiyyat ünvanı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 16, mənzil 40 olan MMC-nin qanuni təmsilçisi Xəqani Vədud oğlu Cəfərovdur. 2024-cü ildən şirkətin icraçı direktoru Səidə Fətullazadədir.

 

Nadir

Tarix: 6 Oktyabr 2025, 08:10   
Seçilən
17
3
pravda.az

4Mənbələr