AZ

Gürcüstanda seçkilər: Aİ nin bəyanatı və silahlı təxribat planı

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının (Aİ) nümayəndələri Kaya Kallas və Marta Kos Gürcüstanda keçirilən bələdiyyə seçkilərini tənqid hədəfinə çeviriblər. Onlar hakim partiyanı “ədalətli seçkilərin keçirilməsi imkanlarını ciddi şəkildə məhdudlaşdıran” şərait yaratmaqda ittiham ediblər.Reyting.az xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas və Genişlənmə, Şərq qonşuluğu, yenidənqurma və Ukrayna üzrə komissarı Marta Kosun bazar günü, oktyabrın 5-də dərc olunmuş birgə bəyanatına əsasən, Gürcüstanda bələdiyyə seçkiləri müxalifətə qarşı “hərtərəfli repressiya şəraitində” keçirilib.Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün bələdiyyələr üzrə seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Seçicilərin 81 faizindən çoxu iqtidara səs verib. MSK elan edib ki, seçkilərdə 1,5 milyona yaxın seçici iştirak edib ki, bu da ümumi elektoratın 40 faizdən bir qədər çoxunu təşkil edir. Əvvəlki seçkilərdə seçici fəallığı təxminən 52 faiz olub.Tbilisidən verilən son məlumata görə, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) külli miqdarda silah-sursat və partlayıcı maddələrin aşkar edildiyini, bunlardan etiraz aksiyalarında təxribat məqsədilə istifadə üçün planlaşdırıldığını rəsmən elan edib.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
reyting.az

2Mənbələr