AZ

Rusiyada partlayıcı zavoduna hücum olub

Oktyabrın 6-na keçən gecə Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində, eləcə də Nijni Novqorodun özündə 10-dan çox partlayış baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Dzerjinsk şəhərində Sverdlov adına zavoda iki pilotsuz təyyarə zərbəsi endirilib. Zavodun Rusiyanın hərbi sənaye kompleksinin mühüm hissəsi olduğu bildirilir.

“Astra” nəşrinin məlumatına görə, zavod Rusiyada dağ-mədən, neft-qaz çıxarma sənayelərini, seymik və geofiziki işləri partlayıcılarla təmin edən böyük partlayıcı istehsalı müəssisələrindən biridir.

Sverdlov zavodu əvvəllər dəfələrlə dronların hücumuna məruz qalıb.

Belə hücumlardan biri bu ilin iyulunda baş verib.

Ötən il oktyabrın 20-də də pilotsuz təyyarələr zavoda hücum edib. (APA)

Seçilən
4
6
xezerxeber.az

10Mənbələr