Fransa Liqa 1-in 7-ci turunda PSJ səfərdə “Lill”in qonağı olub.
News24.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmanın əvvəlində PSJ 1:0 önə keçsə də, “Lill” 85-ci dəqiqədə məğlubiyyətdən yaxa qurtarıb.
Meydan sahiblərinin qolunu Kilian Mbappenin qardaşı Ethan Mbappe vurub.
Matçı tribunadan izləyən Kilian Mbappenin qardaşının qolunu çılğın şəkildə qeyd edib.
Onun sabiq komandası PSJ-yə vurulan bu qolu belə qeyd etməsi diqqət çəkib.(Qafqazinfo)