AZ

Trampın 80 illik yubileyi günü Ağ Evdə UFC turniri keçiriləcək

BAKI, 6 oktyabr. TELEQRAF

2026-cı il iyununun 14-də Ağ Evdə qarışıq döyüş növləri (UFC) üzrə turniri keçiriləcək.

Teleqraf xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti Donald Tramp özü məlumat verib.

Həmin gün Tramp həm də 80 illik yubileyini qeyd edəcək.

Turnirin təşkilatı ilə şəxsən UFC prezidenti Deyna Uayt məşğuldur. Hazırda liqa əməkdaşları logistika məsələləri üzərində işləyir və iştirakçı siyahısının formalaşdırılmasına 2026-cı ilin fevralında başlanacaq.

Qeyd edək ki, bu tədbirdə iştirak etmək arzusunu irlandiyalı Konor Makqreqor, amerikalı Con Cons, gürcü Merab Dvalişvili, ispan-gürcü İliya Topuriya, çeçen əsilli Həmzat Çimayev və bir çox digər UFC döyüşçüləri artıq bildiriblər.

Seçilən
73
18
teleqraf.com

10Mənbələr