AZ

“İstədiyimiz kimi oynaya bilmədik, yorğunluq hiss olunur”

“Düşünürəm, yaxşı oyun keçdi.

Rəqib çox yaxşı mübarizə apardı, biz də istədiyimiz kimi oynaya bilmədik.

Çempionlar Liqası, ardından Premyer Liqa oyunu olanda yorğunluq hiss olunur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.

23 yaşlı hücumçu “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib:

“Gərgin mübarizə şəraitində keçən oyunun şahidi oldunuz. Amma komandamızda yetərincə futbolçu var, yəni hər iki cəbhədə mübarizə apara bilərik.

Əlimizdən gələni edirik ki, daha yaxşı nəticələr qazanaq. 3 xal əldə etdiyimiz üçün sevincliyik”.

Seçilən
5
sportinfo.az

1Mənbələr