AZ

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.
 
Təqaüdün məbləği hazırda 350 manatdır.
 
Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
 
Moderator.az xəbər verir ki, modern.az-ın məlumatına görə, Prezident təqaüdçülərinin ən çox toplandığı ali məktəb Bakı Ali Neft Məktəbi olub. Onu Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti izləyir.
 
Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:
 
Bakı Ali Neft Məktəbi - 36 nəfər
 
Azərbaycan Tibb Universiteti - 26 nəfər
 
Bakı Dövlət Universiteti - 16 nəfər
 
ADA Universiteti - 13 nəfər
 
Dövlət İdarəçilik Akademiyası - 5 nəfər
 
Azərbaycan Dövlət İqtisad Universiteti - 4 nəfər
 
Xüsusi təyinatlı ali təhsil müəssisələri - 1 nəfər
 
Naxçıvan Dövlət Universiteti - 1 nəfər.
Seçilən
8
14
moderator.az

10Mənbələr